Daha bir futbolçu “Kəpəz”dən ayrılıb.
Sportnet.az xəbər verir ki, gürcüstanlı yarımmüdafiəçi Giorgi Kantariya İnstaqram hesabında komandadan ayrıldığını bildirb. O, “Goodbye “Kapaz”. Thanks for all" yazaraq Gəncə təmsilçisi ilə vidalaşıb.
Qeyd edək ki, Kantariya ötən yay “Kəpəz”lə 1 illik müqavilə imzalamışdı.
Xatırladaq ki, buna qədər Yusif Nəbiyev, Fərid Nəbiyev, Salif Sisse və Mario Mustapiç də "Kəpəz"dən ayrılıb.