"Qarabağ"ın yay hazırlıq planı bəlli olub.
Sportnet.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi bu gündən yeni mövsümün hazırlığına başlayacaq. Təlim-məşq toplanışının ilk mərhələsi Bakıda olacaq.
İyunun 22-də komanda hazırlığın ikinci mərhələsi üçün Avstriyaya yollanacaq. Avstriya toplanışındakı rəqibləri və hazırlıq prosesinin müddəti barədə daha sonra məlumat veriləcəyi bildirilib.