Çempionlar Liqasında 2022-2023 mövsümünün rəmzi komandası açıqlanıb.
Sportnet.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, turnirin qalibi olan "Mançester Siti"in 7 oyunçusu rəmzi 11-likdə yer alıb.
Qapıçı: Tibo Kurtua ("Real")
Müdafiəçilər: Alessandro Bastoni, Federiko Dimarko (Hər ikisi "İnter"), Kayl Uolker, Ruben Dias (Hər ikisi "Mançester Siti").
Yarımmüdafiəçilər: Con Stones, Rordi, Kevin De Brüyne (Hər üçü "Mançester Siti").
Hücumçular: Vinisius Junior ("Real"), Bernardu Silva, Erlinq Haaland (Hər ikisi "Mançester Siti").