
“Roma” futbolçusu Paulo Dibalanın müqaviləsini uzatmağa hazırlaşır.
Sportnet.az xəbər verir ki, paytaxt təmsilçisi argentinalının maaşını 6 milyon avroya qədər artırmağı təklif edəcək. Yeni sözləşmənin müddəti isə 2026-cı ilə qədər olacaq.
“Roma” həmçinin 20 milyon avroluq sərbəst qalma bəndini də (A Seriya komandaları üçün 12 milyon avro) müqavilədən çıxarmaq niyyətindədir.
Qeyd edək ki, Dibala “canavarlar”ın heyətində 38 oyunda iştirak edib, 18 qol və 7 assistlə yadda qalıb.