“Çelsi”nin hücumçusu Kay Havertz karyerasını “Arsenal”da davam etdirə bilər.
Sportnet.az xəbər verir ki, alman “topçular”ın heyətinə keçməyə razılaşıb. London komandaları arasında danışıqlar davam edir.
Daha əvvəl 24 yaşlı futbolçunun adı “Real” və “Bayern”lə hallanırdı.
Qeyd edək ki, Havets son mövsüm ərzində 47 oyuna çıxıb, 9 qol vurub və bir məhsuldar ötürmə edib.