"Sabah" klubu UEFA Konfrans Liqasında ev oyunları üçün bilet satışından əldə ediləcək gəlirin bir hissəsini işğaldan azad olunmuş torpaqların bərpası üçün ayıracaq.
Sportnet.az xəbər verir ki, hər biletdən bir manat məbləğində vəsait Qarabağ Dirçəliş Fonduna ianə ediləcək.
Qeyd edək ki, "Sabah" UEFA Konfrans Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayacaq. Bu raundun püşkü iyunun 21-də atılacaq. "Bayquşlar" ilk görüşünü iyulun 27-də, cavab matçını avqustun 3-də keçirəcək.