
"Sumqayıt" klubu futbolçusu Murad Xaçayevlə müqavilənin müddətini uzadıb.
Sportnet.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi ilə 2+1 illik sözləşmə imzalanıb.
Qeyd edək ki, Ukraynanın "Şaxtyor" (Donetsk) klubunun yetirməsi olan Murad Xaçayev 2018-ci ildən "Sumqayıt"da çıxış edir. O, bu müddət ərzində 84 qarşılaşmada meydana çıxıb və 6 qola imza atıb.