Bu mövsüm ölkəmizi Konfrans Liqasında təmsil edəcək "Sabah" ilk transferini reallaşdırıb.
Sportnet.az xəbər verir ki, paytaxt təmsilçisi "Şamaxı"dan Rəhman Daşdəmirovu heyətinə cəlb edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Rəhman Daşdəmirov ötən mövsüm "Şamaxı"da ən çox oyun keçirən futbolçudur. O, Misli Premyer Liqasında 36 oyunun hamısında iştirak edib.