"Qarabağ" 2023/2024 mövsümünün hazırlığının ikinci mərhələsi üçün bu gün Avstriyaya gedir.
Sportnet.az xəbər verir ki, komanda artıq sözügedən ölkəyə getmək üçün Heydər Əliyev adına Beynəlxalq Hava Limanındadır.
Qeyd edək ki, Ağdam təmsilçisi Avstriyada iyunun 27-də "Ferensvaroş" (Macarıstan), iyulun 1-i isə "Legiya" (Polşa) ilə üz-üzə gələcək. 3-cü yoldaşlıq oyunundakı rəqib isə hələ müəyyənləşməyib.