"Qəbələ" klubu futbolçusu Omar Hani ilə müqavilənin müddətini uzadıb.
Sportnet.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçinin yeni sözləşməsi 2024-cü ilin yayınadək nəzərdə tutulub.
Qeyd edək ki, iordaniyalı oyunçu 2021-ci ilin sentyabrından əyalət təmsilçisində çıxış edir.