
Topaz Premyer Liqasının XXXIII turunda "Xəzər Lənkəran"nın qonağı olacaq "Qarabağ" bu oyunun hazırlıqlarına başlayıb. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bu günə komandanın bir məşqi nəzərdə tutulub.
Məşq Ağdam klubunun bazasında keçirilib.
Qeyd edək ki, "Xəzər Lənkəran" - "Qarabağ" oyunu mayın 8-i keçiriləcək.