"Tottenhem" heyətini yeni oyunçu ilə gücləndirib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, London təmsilçisi "Lester"dən Ceyms Meddisonu heyətinə cəlb edib.
İngiltərə millisinin üzvü ilə 5 illik müqavilə imzalanıb. İngiltərə mətbuatı bu transfer üçün "Arsenal"ın "Lester"ə 47 milyon avro ödədiyini yazıb.
Qeyd edək ki, 26 yaşlı hücumameyilli yarımmüdafiəçi ötən mövsüm "Lester"də 32 oyuna çıxıb, 10 qol vurub, 9 qol ötürməsi edib.