
"Kəpəz" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportnet.az xəbər verir ki, əyalət klubu Azərbaycan millisinin müdafiəçisi Bəxtiyar Həsənalızadə ilə anlaşıb.
31 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Bəxtiyar Həsənalızadə ötən mövsüm "Sabah"da çıxış edib.