“Bura gəldiyimə görə şadam. Mehriban kollektivimiz var”.
Sportnet.az xəbər verir ki, bu sözləri “Kəpəz”in yeni transferi Olavale Onanuqa klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Nigeriyalı oyunçu bildirib ki, komanda şəklində əllərindən gələnin ən yaxşısını etməyə çalışacaqlar: "Hazırlığımız yaxşı gedir. Məşqçilərimizin bizdən nə istədiklərini bilirik və çalışırı ki, həmin tapşırıqları yerinə yetirməyə çalışırıq. Məqsədimiz uğurlu çıxış etməkdir. Bunun üçün səylə məşq edirik”.
O, kollektivə uyğunlaşdığını bildirib: “Komandaya uyğunlaşma dövrüm tez keçir, kollektivə uyğunlaşıram. Artıq özümü evdəki kimi hiss edirəm. Zamanla hər şey yaxşı olacaq”.