“Jelezniçar”ın baş məşqçisi Nermin Başiç oyundan sonra keçirilməsi nəzərdə tutulan mətbuat konfransına qatılmadı.
Sportnet.az xəbər verir ki, baş məşqçinin əvəzinə konfransa komandanın kapitanı Edin Kokaliç qatıldı. Futbolçu, baş məşqçinin baş ağrısı səbəbi ilə konfransa qatılmadığını bildirdi.
Daha sonra yerli jurnalistlərin etirazı ilə futbolçu mətbuat konfransını tərk etdi.