
PSJ-nin hücumçusu Neymarın Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubuna keçidi bu gün rəsmən başa çatacaq.
Sportnet.az xəbər verir ki, bu barədə jurnalist Bruno Andrade özünün "Tvitter" səhifəsində yazıb.
İnsayderin sözlərinə görə, braziliyalı oyunçu kluba keçmək üçün artıq tibbi müayinədən keçib, həmçinin müqavilə imzalayıb. "Əl-Hilal" 31 yaşlı oyunçunun transferini bu gün açıqlamaq niyyətindədir.
Daha əvvəl Neymarın "Əl-Hilal"la müqaviləsinin daha bir mövsüm uzadılması ehtimalı ilə iki il olacağı bildirilirdi. Braziliyalı hücumçu bir mövsümdə 100 milyon avro maaş alacaq. Neymarın transferi üçün təxminən eyni məbləği PSJ alacaq.