
Avstraliya və Yeni Zelandiyanın ev sahibliyi etdiyi qadınlar arasında keçirilən dünya çempionatında ikinci finalçı da müəyyənləşib.
Sportnet.az xəbər verir ki, həlledici görüşə vəsiqə qazanmaq uğrunda İngiltərə və Avstraliya milliləri üz-üzə gəlib. Rəqibini 3:1 hesabı ilə məğlub edən Avropa təmsilçisi finala adını yazdırıb.
İngiltərə final görüşündə İspaniya seçməsi ilə qarşılaşacaq. Bu oyun 20 avqust tarixində baş tutacaq.