
Yeni Zelandiyada keçirilən futbol üzrə qadınlar arasında dünya çempionatında bürünc medal qazanan komanda bəlli olub.
Sportnet.az xəbər verir ki, üçüncü yer uğrunda oyunda İsveç və Avstraliya milliləri üz-üzə gəliblər.
Qarşılaşma Avropa təmsilçisinin 2:0 hesablı qələbəsi ilə bitib. Qolları 30-cu dəqiqədə penaltidən Fridolina Rolfo və 62-ci dəqiqədə Kosovare Asllani vurub.
Qeyd edək ki, finalda İspaniya və İngiltərə milliləri üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.