
"Qarabağ"ın Sloveniya "Olimpiya"sı ilə keçirəcəyi cavab oyununun yayımçı telekanalı dəyişdirilib.
Sportnet.az xəbər verir ki, qarşılaşma "İdman TV"də deyil, "CBC Sport" telekanalı ilə canlı yayımlanacaq.
Matçın öncədən "İdman TV" telekanalında yayımlanacağı planlaşdırılsa da, ilk oyunda yaşanan texniki problemlər səbəbi ilə klub və telekanal arasında bəzi münaqişələr yarandı. Bu səbəbdən Tofiq Bəhrəmovda oynanılacaq cavab qarşılaşması "CBC Sport" vasitəsi ilə azarkəşlərə canlı yayımlanacaq.
Qeyd edək ki, oyun avqustun 31-i Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. İlk oyunda "köhlən atlar" rəqibinə 0:2 hesabı ilə məğlub edib.