"Fənərbağça"nın hücumçusu Ferdi Kadıoğlu zədələnib.
Sportnet.az xəbər verir ki, UEFA Konfrans Liqasının pley-off mərhələsində "Tvente" ilə oynanılan matçdan sonra ağrı şikayətləri olan Ferdi Kadıoğlunun sol omba əzələsində 2-ci dərəcəli yırtıq olduğu müəyyənləşib.
23 yaşlı futbolçu "Tvente" və "Ankaragücü" matçlarını buraxacaq. Türkiyəli oyunçunun beynəlxalq fasilədən sonra meydana qayıdacağı gözlənilir.