
Azərbaycanlı futbolçu Araz Abdullayev yeni klubu “Lapi”də rəsmi debüt edib.
Sportnet.az xəbər verir ki, o, Kosovo Superliqasının 3-cü turunda “Fuşe Kosova”ya qarşı səfər matçında oynayıb. Görüş “Lapi”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Araz 84-cü dəqiqədə meydana daxil olub.
3 turdan sonra 6 xal toplayan “Lapi” turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.