“Əl-İttihad” “Liverpul”a hücumçu Məhəmməd Salah üçün 129 milyon funt-sterlinq məbləğində transfer təklifi göndərib.
Sportnet.az xəbər verir ki, daha əvvəl İngiltərə klubunun baş məşqçisi Yurgen Klopp 31 yaşlı futbolçunun satılmadığını bildirmişdi. Onun sözlərinə görə, Salah kluba sadiqdir.
Salah 2017-ci ilin yayından “Liverpul”da çıxış edir. O, bu mövsüm Premyer Liqada 3 oyuna çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.