İngiltərənin "Çelsi” klubunun futbolçusu Samuel Eto O baş məqçisi Joze Mourinyonu tənqid edib. Sportnet.az-ın İngiltərə mətbuatına istinadən məlumatına görə, 33 yaşlı hücumçu Mourinyonu "axmaq” adlandırıb.
O, portuqaliyalı mütəxəssislə bağlı bunları deyib: "Mənim üçün son dünya çempionatı olacağını dediyiniz üçün təşəkkür edirəm. 33 yaşım var və axmağın birisi məni "qoca” adlandırdığı üçün bu, belə deyil. Bu qocanın gənclərdən daha yaxşı olduğunu görəcəksiniz”.
Kamerunlu hücumçu gələcək karyerası ilə bağlı da fikir bildirib: "Futbolla Amerikada, yaxud Orta Asiyada vidalaşacağımı düşünənlər var. Özüm isə Çempionlar Liqasında oynamağa davam etmək istəyirəm. Hansı kluba gedəcəyimi deyə bilmərəm, amma Çempionlar Liqasında oynamaq üçün kifayət qədər fiziki və mənəvi gücə sahibəm”.
Qeyd edək ki, bir müddət öncə Joze Mourinyo fərdi qaydada söhbət edərkən Samuel Eto Onu "qoca” adlandırıb. Bu hadisə isə təsadüfən açıq qalan bir kamera tərəfindən lentə alınıb.