
Serxio Ramos sabiq klubu "Sevilya"ya transfer olunub.
Sportnet.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.
Ramos 18 ildən sonra doğma klubuna qayıdıb. Müdafiəçi 2005-ci ildə "Sevilya"dan Real"a transfer olunmuşdu.
Xatırladaq ki, 37 yaşlı müdafiəçi bu ilin iyununda PSJ-dən ayrıldıqdan sonra azad agent statusunda idi. 2022/2023 mövsümündə o, PSJ-nin heyətində bütün yarışlarda 45 oyuna çıxıb və 4 qol vurub.
Daha əvvəl Ramosla Türkiyənin "Qalatasaray" və "Beşiktaş" klublarının da maraqlandığı bildirilirdi.