
“Vaxtilə Avropa Liqasında qrupdan çıxmağa yaxın idik, alınmadı. Bu mövsüm bunun üçün yaxşı imkanımız var”.
Sportnet.az xəbər verir ki, bunu “Qarabağ”ın kapitanı Maksim Medvedev Norveçin “Molde” klubuna qarşı keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin ilk oyunu ilə bağlı təşkil edilən mətbuat konfransında deyib.
34 yaşlı müdafiəçi qrupdakı mübarizəyə qələbə ilə başlamaq istədiklərini bildirib: “Əsas işimizi artıq görmüşük, qrupda oynayacağıq. Uğurumuzu irəli daşımaq üçün əlimizdən gələni edəcəyik. Hazırda hər kəs oynamaq istəyir, heyətimiz genişlənib. İnanıram ki, belə güclə, həvəslə bu il daha uğurlu çıxış edəcəyik”.