
“Neftçi” – “Qarabağ” matçının biletləri satışa çıxarılıb.
Sportnet.az xəbər verir ki, Premyer Liqanın 9-cu turu çərçivəsində oktyabrın 8-i saat 19:30-da “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Qarabağ” matçının biletləri bu gün satışa çıxarılıb. Qiyməti 5 (2A, 4A, 1B, 2B), 10 (3B), 15 (3A) və 20 (VIP) AZN təşkil edən biletləri "İticket"dən əldə etmək mümkündür.
“Neftçi Arena”nın kassalarında isə 1A və 5A sektorlarına olan biletlər (qiyməti 5 AZN) oyun günü saat 12:00-dan etibarən satışda olacaq.