FIFA-nın dəstəyi iləÖzbğkistanın paytaxtı Daşkənddə türkdilli ölkələrin futbol federasiyalarının rəsmi şəxsləri arasında görüş keçirilib.
Sportnet.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, futbolun inkişafı istiqamətində müzakirələrin aparıldığı görüşdə Azərbaycan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Qazaxıstan, Türkiyə və Macarıstan Asiya Futbol Konfederasiyasının və UEFA-nın nümayəndələri də iştirak edib.
Toplantıda milli komandalar, klublar arasında beynəlxalq yarışların təşkili perspektivləri müzakirə olunub. Həmçinin futbol mütəxəssislərinin, məşqçilərin, hakimlərin qarşılıqlı inkişafı, işbirliyinin qurulmasının vacibliyi qeyd olunub.