
İsveçin “Yurqorden” klubunda çıxış edən Musa Qurbanlı Azərbaycan milli komandasına dəvət alıb.
Sportnet.az xəbər verir ki, 21 yaşlı hücumçu yığmanın AVRO-2024-ün seçmə mərhələsində Estoniya və Avstriya ilə keçirəcəyi oyunlara çağırılıb.
Gənc forvard oktyabrın 9-da milli komandanın düşərgəsinə qoşulacaq.
Qeyd edək ki, oktyabrın 13-də Estoniya yığmasının qonağı olacaq Azərbaycan millisi bundan üç gün sonra Bakıda Avstriya seçməsini qəbul edəcək.