Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının təqdimatı əsasında Beynəlxalq Feyr Pley Komitəsi tərəfindən karyerası ərzində daim "ədalətli oyun" prinsiplərinə sədaqətinə görə dünyanın ən nüfuzlu Feyr Pley mükafatı - "Jan Barotra" diplomuna layiq görülən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu gün mükafatına qovuşub.
Sportnet.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı bu gün Macarıstanın paytaxtı Budapeştdə keçirilən qala gecədə mükafatını alıb.
Qeyd edək ki, Qurban Qurbanov bu mükafata layiq görülən ilk azərbaycanlı kimi idman tariximizə düşüb.