Azərbaycan Premyer Liqasının XII turu “Zəfər turu” elan edilib.
Sportnet.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) qərar verib.
2020-ci ilin sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu işğalda olan torpaqlarımızı azad edib. Şanlı qələbəmizdən sonra 8 Noyabr ölkəmizdə “Zəfər Günü” olaraq təsis edilib.
Qeyd edək ki, turun oyunları noyabrın 3-5-də keçiriləcək.