Azərbaycan Premyer Liqasının cari mövsümündə ilk het-trik qeydə alınıb.
Sportnet.az xəbər verir ki, buna "Qarabağ"ın futbolçusu Yassin Benzia imza atıb.
29 yaşlı fransalı yarımmüdafiəçi hazırda "Kəpəz"lə Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən XII turun oyununun ilk hissəsində 3 qol vurub.
Ağdam təmsilçisi ilk hissədə Gəncə klubunu 5:1 hesabı ilə üstələyib.