
"Zirə" klubunun baş məşqçisi Rəşad Sadıqov oğlu Məhəmməd üçün toy mərasimi təşkil edib.
Sportnet.az xəbər verir ki, qeyri-adi formatda baş tutan tədbirə Milli Məclisin sədr müavini Adil Əliyev, "Qarabağ"ın prezidenti Tahir Gözəl, baş məşqçi Qurban Qurbanov, idman ictimaiyyətinin tanınmış nümayəndələri, futbolçular qatılıblar.
Mərasim zamanı qonaqlar çıxış edərək, təbriklərini çatdırıblar.
Rəşad Sadıqov isə çıxışında bildirib ki, toy günü üçün 14 noyabrın seçilməsi təsadüfi deyil: "14 mənim sevimli nömrəmdir, bu forma altında çıxış etmişəm. Toyun noyabra təsadüf etməsi isə bu ay Zəfər günlərini qeyd etməyimizlə bağlıdır".
Daha sonra Sadıqov 3 qat dünya, 3 qat Avropa çempionu və 2 qat olimpiya mükafatçısı, sərbəst güləşçi Hacı Əliyevin "Zirə" komandasında futbol oynaması üçün şərtini açıqlayıb: "Hacı Paris-2024-də çempion olsa, rəsmi yox, yoldaşlıq görüşündə "Zirə"nin formasını geyinəcək".