Azərbaycan millisinin və "Neftçi"nin sabiq futbolçusu Ruslan Abışov vida matçına çıxacaq.
Sportnet.az xəbər verir ki, 36 yaşlı keçmiş müdafiəçi paytaxt təmsilçisinin Bakıda "Zenit"ə qarşı yoldaşlıq oyununda meydanda olacaq.
Qeyd edək ki, noyabrın 18-də reallaşacaq "Neftçi" - "Zenit" qarşılaşması saat 21:00-da başlanacaq. Ruslan Abışov 2006-2012 və 2017-2019-cu illərdə “Neftçi”də çıxış edib, 2011-ci və 2012-ci illərdə komandamızın heyətində Azərbaycan çempionu olub.