AFFA İntizam Komitəsi növbəti iclasını keçirib.
Sportnet.az xəbər verir ki, iclasda Azərbaycan kubokunun 1-ci təsnifat mərhələsində keçirilən oyunlardakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.
Azərbaycan kubokunda 1-ci təsnifat mərhələsinin “Qusar” – “Şahdağ Qusar” oyununda “Qusar”ın 4 futbolçusu sarı vərəqə aldığına görə klub 70 manat cərimə edilib.
Azərbaycan kubokunda 1-ci təsnifat mərhələsinin “Göygöl” – “Dinamo” oyununun 84-cü dəqiqəsində “Dinamo”nun futbolçusu Yusif Cəfərov ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalanıb, klub 300 manat cərimə edilib.
Azərbaycan kubokunda 1-ci təsnifat mərhələsinin “Şəki Siti” – “Kür-Araz” oyununda “Şəki Siti"nin 5 futbolçusu sarı vərəqə aldığına görə klub 70 manat cərimə edilib.
"Şəki Siti" – “Kür-Araz” oyununun 87-ci dəqiqəsində “Şəki Siti"nin baş məşqçisi Firuddin Mövsümov meydançaya daxil olaraq hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, klub 150 manat cərimə edilib.
"Şəki Siti" – “Kür-Araz” oyununun 90+5-ci dəqiqəsində “Kür-Araz”ın futbolçusu Elariz Xəlilli təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, klub 150 manat cərimə edilib.
"Şəki Siti" – “Kür-Araz” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə "Şəki Siti" 100 manat cərimə edilib.
Azərbaycan kubokunda 1-ci təsnifat mərhələsinin “Şəfa” – “Şəmkir” oyununda “Şəfa”nın 7 futbolçusu sarı vərəqə aldığına görə klub 70 manat cərimə edilib.
“Şəfa” – “Şəmkir” oyununun 76-cı dəqiqəsində “Şəmkir” klubunun futbolçusu Elcan Rəhimov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, klub 150 manat cərimə edilib.
Azərbaycan Kubokunda 1-ci təsnifat mərhələsinin “Şəfa” – “Şəmkir” oyununda xərəkdaşıyanlar olmadığına görə “Şəfa” klubu 80 manat cərimə edilib.
“Şəfa” – “Şəmkir” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Şəfa” klubu 100 manat cərimə edilib.