Bu gün Azərbaycan Premyer Liqasında 16-cı tura yekun vurulub.
Sportnet.az xəbər verir ki, son oyun günündə 2 matç keçirilib. Əvvəlcə "Sabah" "Səbail"i qəbul edib. Görüşdə "Sabah" 4:0 hesabı ilə qalib gəlib.
Günün və turun son oyununda "Turan Tovuz" evdə "Neftçi" ilə qarşılaşıb. Gərgin keçən oyunda Bakı təmsilçisi 3:2 hesablı qələbə qazanıb.
10 dekabr
18:00.“Neftçi” – “Turan Tovuz” - 3:2
Qollar: Filip Ozobiç, 5 (1:0), Roderik Miller, 8 (1:1), Rəhman Hacıyev, 56 (2:1), Otto Con, 59 (2:2), Aaron Olanare, 73 (3:2)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Cavid Cəlilov
“Neftçi Arena”
15:00.“Sabah” – “Səbail” - 4:0
Qollar: Sofian Çakla, 7, 21, Cesse Sekidika, 28, Vinsent Til, 59
Hakimlər: Elçin Məsiyev, Vüsal Məmmədov, Şirmamed Mamedov, Emin Əliyev
“Bank Respublika Arena”