
Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinə start verilib.
Sportnet.az xəbər verir ki, ilk gündə 2 qarşılaşma baş tutub.
Öncə “Kəpəz” Tovuzda “Sabah”ı qonaq edib. Azarkeşlər maraqlı və məhsuldar oyun izləyiblər. 7 qolun vurulduğu qarşılaşmada qonaq komanda qələbə qazanıb. "Sabah" qələbə topunu 89-cu dəqiqədə vurub.
Ardınca “Sumqayıt” doğma meydanda “Karvan”ı sınağa çəkib. “Gənclik şəhəri” təmsilçisinin 3:1 hesabı ilə qalib gəlib.
Azərbaycan kuboku
1/8 final mərhələsi
18 dekabr (bazar ertəsi)
14:00. "Kəpəz" - "Sabah" - 3:4
Qollar: Adama Niane, 35 (p.), 45, 76 - Vinsent Til, 14, Cesse Sekidika, 23, Emanuel Apeh, 39, Amin Seydiyev, 89
Baş hakim: Rəşad Əhmədov
“Kəpəz”: 96. İqor Rodriqes, 10. Tural Rzayev, 7. Ehtiram Şahverdiyev, 11. Elnur Cəfərov, 4. Vüsal Məsimov, 8. Elmir Tağıyev, 6. Nemət Musayev, 26. Adama Niane, 91. Latir Fal, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 1. Vladislav Vasilyuçek, 3. Vurğun Hüseynov, 99. Əli Səmədov, 14. Elçin Əlicanov, 88. Şakir Seyidov, 20. Mahir Həsənov, 15. Cavad Kərimov, 25. Georgi Papunaşvili, 9. Mate Kvirkviya, 21. Martins Junior
Baş məşqçi: Adil Şükürov
“Sabah”: 1. Yusif İmanov, 77. Namik Ələskərov, 17. Tellur Mütəllimov, 8. Ayaz Quliyev, 2. Amin Seydiyev (k), 5. Rəhman Daşdəmirov, 15. Kristian da Silva, 44. Sofian Çakla, 70. Cesse Sekidika, 19. Emmanuel Apeh, 12. Vinsent Til
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 16. Rustam Samigullin, 4. Elvin Camalov, 10. Aleksey İsayev, 9. Anatoli Nuriyev, 14. İshak Belfodil, 7. Boyan Letiç, 3. Con İrasabal, 28. Kahim Parris, 27. Jarl Marqarita
Baş məşqçi: Murad Musayev
Tovuz şəhər stadionu