
Futbol üzrə Avropa Liqasında Ukrayna "Dnepr"i ilə İspaniya "Sevilya"sı arasında keçiriləcək final matçını ingiltərəli hakimlər briqadası idarə edəcək. Sportnet.az-ın məlumatına görə, görüşün baş hakimi Martin Atkinson olacaq.
44 yaşlı referiyə Maykl Mullarki və Stefan Çayld yan xətt, Entoni Teylor və Andre Marriner əlavə köməkçi hakim, Ceyk Kollin isə ehtiyat köməkçi hakim qismində yardım edəcəklər. 4-cü hakim funksiyasını isə çexiyalı Pavel Kralovets yerinə yetirəcək.
Qeyd edək ki, matç mayın 27-də Polşanın paytaxtı Varşavadakı Milli stadionda təşkil olunacaq.

















































































