
"Qarabağ"ın futbolçusu Leandro Andrade Çində oynaya bilər.
Sportnet.az xəbər verir ki, "Şanxay Şenxua" 24 yaşlı yarımmüdafiəçi ilə maraqlanır. Çinin yüksək liqa təmsilçisinin bu transferlə bağlı Ağdam klubu ilə danışıqlar apardığı bildirilir. Ancaq danışıqların istənilən kimi getmədiyi vurğulanıb. Çünki "Qarabağ" oyunçunun komandadan ayrılmasını çətinləşdirir.
Qeyd edək ki, P.Andrade 2022-ci ildən Ağdam təmsilçisində oynayır.