
Mövsümün ikinci yarısına Türkiyədə hazırlaşan “Turan Tovuz” bu gün növbəti yoxlama oyunlarını keçirib.
Sportnet.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışı çərçivəsində iki matça çıxıb.
Ayxan Abbasovun yetirmələri öncə Macarıstan “Şiofok”u ilə qarşılaşıblar. Oyunu rəqib komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Günün ikinci matçında isə Tovuz klubunun rəqibi Özbəkistan “Nasaf”ı olacaq. Məhsuldar keçən qarşılaşmada qapılara 6 qol vurulub. "Turan Tovuz" 2:4 hesabı ilə uduzub.
Qeyd edək ki, Tovuz təmsilçisi bunadək Rumıniyanın “Voluntari” klubu ilə görüşüb və 0:2 hesabı ilə uduzub.
Yoxlama oyunları
15 yanvar
12:00. “Turan Tovuz” – “Şiofok” (Macarıstan) - 0:2
17:00. “Turan Tovuz” – “Nasaf” (Özbəkistan) - 2:4