Azərbaycan Premyer Liqasında 22-ci və 23-cü turların oyun cədvəli açıqlanıb.
Sportnet.az PFL-in saytına istinadən xəbər verir ki, 22-ci turun oyunları 11, 12 və 13 fevral tarixlərində, 23-cü turun matçları isə 17 və 18 fevral tarixlərində keçiriləcək.
“Qarabağ” klubunun rəsmi müraciəti, “Qəbələ” klubunun razılıq məktubu, PFL Əsasnaməsinin 6-cı maddəsinin 2-ci bəndi nəzərə alınaraq “Qarabağ” klubunun ölkəmizi Avropa Liqasında layiqincə təmsil etməsi məqsədilə Misli Premyer Liqasının 23-cü turunun “Qəbələ” – “Qarabağ” oyunu PFL tərəfindən təxirə salınıb. Görüşün oynanılma vaxtı ilə bağlı PFL-in rəsmi saytında əlavə məlumat yerləşdiriləcək. Komandaların əvəzedici heyətləri arasında baş tutacaq oyun təqvimə uyğun şəkildə reallaşacaq.
Misli Premyer Liqası
22-ci tur
11 fevral (bazar)
19:00. “Qarabağ” – “Sabah”
Tofiq Bəhramov adına Respublika Stadionu
12 fevral (bazar ertəsi)
15:00. “Kəpəz” – “Səbail”
Qəbələ şəhər stadionu
13 fevral (çərşənbə axşamı)
15:00. “Turan Tovuz” – “Qəbələ”
Tovuz şəhər stadionu
17:15. “Zirə” – “Sumqayıt”
Zirə İdman Kompleksinin stadionu
19:30. “Araz-Naxçıvan” –“Neftçi”
“Dalğa Arena”
23-cü tur
17 fevral (şənbə)
16:00. “Sabah” – “Kəpəz”
“Bank Respublika Arena”
18:30. “Səbail” – “Araz-Naxçıvan”
“ASCO Arena”
18 fevral (bazar)
15:30. “Sumqayıt” – “Turan Tovuz”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
18:00. “Neftçi” – “Zirə”
“Neftçi Arena”