17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunmuş UEFA-nın inkişaf mini-turnirində ikinci oyununu da qələbə ilə başa vurub. Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, Makedoniya ilə qarşılaşan yığmamız 2:1 hesabı ilə qalib gəlib.
Millimizin hər iki qolunu Kristina Bakarandze vurub.
Qeyd edək ki, Azərbaycan yığması daha öncə Bosniya və Herseqovina millisini darmadağın edib - 4:0.