FİFA prezidenti Canni İnfantino alqoritmdən istifadə ilə futbolçular üçün qiymətlərin müəyyən olunmasını təklif edib.
Sportnet.az xəbər verir ki, funksioner bu barədə “The Telegraph” nəşrinə açıqlamasında deyib.
"İndi bizim üçün bu və digər mövzular haqqında danışmaq həmişəkindən daha vacibdir. Məsələn, transfer sistemində şəffaflığı artırmaq və maraqlı tərəflərə kömək etmək üçün transfer haqqının ədalətli dəyərini qiymətləndirmək üçün alqoritmdən istifadə imkanlarının müzakirəsi", - o bildirib.