"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola norveçli futbolçu Erlinq Holannın klubu tərk edə biləcəyi ilə bağlı sualı cavablandırıb.
Sportnet.az xəbər verir ki, ispaniyalı mütəxəssis yayılan məlumatları təkzib edib.
Onun sözlərinə görə, forvard İngiltərədə özünü xoşbəxt hiss edir: “Bizdə onun burada özünü pis hiss etdiyi barədə məlumat yoxdur. Ola bilsin ki, İspaniya mediasında, xüsusən də Madriddə bu məsələ ilə bağlı bizdən daha çox bilənlər var”.
Qeyd edək ki, bu yaxınlarda Holannın "Real Madrid"də davam etdirəcəyi ilə bağlı xəbələr yayılıb.