FIFA referisi Fəridə Lütfəliyeva və köməkçisi Sevda Nuriyeva UEFA-dan təyinat alıblar.
Sportnet.az AFFA-nın saytına istinadən xəbər verir ki, hakimlərimiz 17 yaşadək qadın futbolçulardan ibarət komandalar arasında təşkil olunacaq Avropa çempionatının ikinci mərhələsinin oyunlarını idarə edəcəklər.
İrlandiya, Albaniya və İsrail komandalarının yer aldığı B qrupunun oyunları fevralın 20-dən 26-dək Albaniyada keçiriləcək.