UEFA Avropa Liqasında tarixi nailiyyətə imza atan "Qarabağ"ın 1/8 finaldakı rəqibi fevralın 23-də müəyyənləşəcək.
Sportnet.az xəbər verir ki, rəqib qrup mərhələsini lider kimi tamamlamış 8 komandadan biri olacaq. Azərbaycan təmsilçisi ilə üz-üzə gələcək mümkün komandalardan 3-ü İngiltərəni, qalanları isə İspaniya, İtaliya, Almaniya, Şotlandiya və Çexiyanı təmsil edir.
İsveçrənin Nyon şəhərində təşkil olunacaq püşkatma Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.
"Atalanta" (İtaliya)
"Bayer" (Almaniya)
"Brayton" (İngiltərə)
"Vest Hem" (İngiltərə)
"Vilyareal" (İspaniya)
"Liverpul" (İngiltərə)
"Reyncers" (Şotlandiya)
"Slaviya" (Çexiya)
Qeyd edək ki, bu komandalardan Almaniya "Bayer"i qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən biri olub. Almaniyadakı matçda 1:5 hesabı ilə uduzan Azərbaycan klubu evdə minimal hesabla yenilib - 0:1.