
"Hazırda bizim heç bir iddiamız yoxdur. Odur ki, meydançaya motivasiyasız çıxmışdıq". Sportnet.az-ın məlumatına görə, bu sözləri "Simurq"un baş məşçisi Georgi Çixradze Topaz Premyer Liqasının XXXV turunda AZAL-a 0:5 hesabı ilə məğlub olduqları oyundan sonra deyib.
Gürcü mütəxəssis çempionatın son oyununa da iddiasız çıxacaqlarını vurğulayıb: "Çempionatı başa vurmaq üçün oynayırıq. Yəqin ki, son oyunda meydançada indikindən də daha çox gənc oyunçu görəcəksiniz. Çalışırıq ki, heyətdə qalan oyunçulardan maksimum istifadə edək, onlara şans verək”.