"Qarabağ" UEFA Avropa Liqasında növbəti oyununu keçirib.
Sportnet.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Bakıda Almaniyanın "Bayer 04" klubunu qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma heç-heçə başa çatıb - 2:2.
26-cı dəqiqədə Yassin Benzia hesabı açıb. 45+2-ci dəqiqədə Olavio Juninyo qonaqları növbəti dəfə məyus edib.
Leverkuzen təmsilçisinin heyətində Florian Virtz 70-ci dəqiqədə fərqi azaldıb. 90+2-ci dəqiqədə Patrik Şik Almaniya klubunu məğlubiyyətdən xilas edib.
Qeyd edək ki, komandalar arasında cavab oyunu martın 14-də Leverkuzen şəhərində gerçəkləşəcək.
--------------------------------
"Qarabağ" bu gün UEFA Avropa Liqasının 1/8 final mərhələsində ilk oyununu keçirəcək.
Sportnet.az xəbər verir ki, Azərbaycan çempionu Almaniyanın "Bayer" klubunu qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 21:45-də başlanacaq. Görüşün baş hakimi fransalı Benua Bastyen olacaq.
UEFA Avropa Liqası
21:45. "Qarabağ" - "Bayer" (Almaniya) - 2:2
Qollar: Yassin Benzia, 26. Juninyo, 45+2 - Florian Virts, 70. Patrik Şok, 90+2
Baş hakim: Benua Bastyen (Fransa)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Qeyd edək ki, komandalar arasında cavab görüşü martın 14-də Leverkuzendə gerçəkləşəcək.