Müqavilə əsasında İspaniya “Vilyarreal”ına məxsus İngiltərənin “Brayton” komandasının hücumçusu Ben Brereton Dias qeyri-adi səbəbdən Çili yığmasına dəvət almayıb.
Sportnet.az xarici mətbuata istinadən xəbər verir ki, buna 25 yaşlı futbolçunun dil bilməməsi səbəb olub.
Çili yığmasının baş məşqçi Rikardo Qarekanın sözlərinə görə, futbolçuya məhz bu səbəbdən təklif göndərməyib: “Onun ispan dilini öyrənməsini istərdim. İki il milliyə çağırıldı, ispanca danışmağa kifayət qədər vaxtı var idi. Bu dili bilmək həm meydanda, həm də meydandan kənarda ünsiyyət üçün vacibdir”.
Qeyd edək ki, Brereton Dias 2018-ci ilə qədər İngiltərə millisinin müxtəlif yaş qruplarında çıxış edib. Futbolçunun anası çililidir və bunun sayəsində həmin ölkənin vətəndaşlığını alıb. O, 2021-ci ilin iyunundan Çili millisinə çağırılır.