İtaliya millisinin hücumçusu Çiro İmmobile "Latsio"dan ayrılmağa hazırlaşır.
Sportnet.az xəbər verir ki, bəzi azarkeşlər Mauritsio Sarrinin qovulmasında futbolçunu günahkar bilirlər.
Bir neçə gün əvvəl oyunçu, həyat yoldaşı və 4 yaşlı oğlu tıxacda olublar. Həmin vaxt fanatlardan biri onu görüb və söyməyə başlayıb. Uşaq isə qorxub.
Bundan əlavə, onun həyat yoldaşı küçərə təhqir olunub. İmmobile bir neçə ay sosial şəbəkələrdə hücuma da məruz qalıb.
"Latsio" forvarda və onun yaxınlarına dəstək ifadə edən bəyanat yayıb, tərəfdarların hərəkətlərini pisləyib.