
Onun sözlərinə görə, yubiley tədbirlərinin planı barədə iyunda daha geniş açıqlama olacaq. Nikolov təmtəraqlı yubiley mərasimi keçirməyəcəklərini də əlavə edib: "Hansısa tanınmış Avropa klubunu dəvət edib, yoldaşlıq oyunu keçirmə planları yoxdur: "Hesab edirəm ki, 10 yaş üçün belə bir xərcə düşməyə ehtiyac yoxdu. Təmtəraqlı yubiley mərasimi keçirmək niyyətimiz yoxdu. Xudmani bir tədbir düzənləyib, adımıza layiq yubiley keçirəcəyik".
Qeyd edək ki, "Xəzər Lənkəran" klubu da bu il 10 illik yubileyini qeyd edəcək. Amma cənublular daha təmtəraqlı tədbirlər keçirəcəklər. "Ağ-yaşıllar" ötən yay Türkiyənin "Fənərbağça" klubunu Lənkərana dəvət edərək, yoldaşlıq görüşü keçiriblər.